Mərakeşdəki stadiona Hakiminin adı verildi
12.01.2023 - 01:41
Mərakeşdəki stadiona Hakiminin adı verildi

Mərakeşin Əl-Qəsr Əl-Kəbir şəhərindəki stadiona millinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin adı verilib.

Apasport.az xəbər verir ki, bu şəhər Madriddə anadan olan 24 yaşlı gəncin anasının məmləkətidir.

Hakimi şəhər rəhbərliyi tərəfindən onun şərəfinə təşkil edilən mərasimdə şəxsən iştirak edib və fikirlərini bildirib:

“Bu gün sizinlə olmaqdan çox xoşbəxtəm. Bütün Əl-Qəsr Əl-Kəbir şəhərinə təşəkkür edirəm. Mən çox şadam ki, bu qədər yaxşı işlər görən şəhərin merini burada görürəm. Biz Mərakeş mədəniyyəti üçün işləməyə davam edirik və mərakeşlilər üçün işləməyə davam etməliyik. Bura anamın məmləkətidir, uşaq vaxtı burada çox vaxt keçirmişəm və özümü burada xoşbəxt hiss edirəm. Hamınıza çox sağ olun”.

writer photo
Əlirza Əlirzalı
0