Mövsümün futbolçusu açıqlandı
12.05.2023 - 16:21
İngiltərədə mövsümün ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haland ən yaxşı oyunçu seçilib.
22 yaşlı norveçli forvard jurnalistlər arasında keçirilən səsvermədə qalib gəlib. Futbol Jurnalistləri Assosiasiyasının sorğusunda səslərin 82 faizini toplayan Haland Premyer Liqa tarixində ən böyük fərqə nail olub.
İlk “üçlük”də “Arsenal”ın iki üzvü yer alıb. İkinci yeri Bukayo Saka, üçüncünü Martin Edeqor tutub.
Qeyd edək ki, Erlinq Premyer Liqadakı debüt mövsümündə 32 oyunda 35 qol vurub.
0
0