Neymara İtaliyadan təklif
01.07.2022 - 00:45
Neymara İtaliyadan təklif

PSJ-nin hücumçusu Neymar daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Milan” Braziliya millisinin liderini heyətinə qatmaq istəyir.

İtaliya çempionu hesab edir ki, 30 yaşlı forvardın transferi “rossonyerlər”in dünya futboluna yüksək səviyyəyə qayıtmasına mesaj olacaq. Ancaq “Milan” “sambaçı”ya PSJ-dəki maaşını ödəmək imkanının olmadığı bildirib və Fransa klubundan da transfer qiymətində güzəştə getməsini istəyib. A seriyasının çempionu Neymara ilinə 15-20 milyon avro ödəmək iqtidarındadır.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Neymar uğrunda mübarizədə “Çelsi” favorit sayılır.
 

writer photo
Əlirza Əlirzalı
0