“Real” Kurtuanı itirdi
06.02.2023 - 11:12
“Real” Kurtuanı itirdi

“Real” ciddi itki ilə üzləşib. 

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin qapıçısı Tibo Kurtua zədələnib.

Belçikalı qolkiper La Liqanın XX turunda xəsarət alıb. Onun “Malyorka” ilə görüşdə aldığı zədə gözlənildiyindən də ağır olub.

Bu üzdən Tibonun klublararası dünya çempionatında iştirakı sual altına düşüb. “Real” fevralın 8-də “Əl-Əhli” ilə qarşılaşacaq.

Qeyd edək ki, madridlilər “Malyorka” ilə matçda 0:1 hesablı məğlubiyyət alıb.

writer photo
Əlirza Əlirzalı
0