“Real” onun transferinə hazırlaşır
16.06.2023 - 15:27
“Real” onun transferinə hazırlaşır

Madrid “Real”ı heyətini yeni hücumçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, komanda "Espanyol"un hücumçusu Joselu ilə müqavilə bağlayır.

Madrid klubu futbolçunun keçidinin son detalları üzərində danışıqların davam etdiyini açıqlayıb. Şəxsi müqaviləsi 10 gün əvvəl razılaşdırılan Xoselunun keçidinin gələn həftə elan edilməsi gözlənilir. 

Qeyd edək ki, 2009-2012-ci illərdə "Kral klubu"nun şərəfini qorumuş futbolçu son mövsümdə 38 matçda iştirak edərək 17 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0