Silva "Çelsi" ilə vidalaşdı
20.05.2024 - 09:57
Silva "Çelsi" ilə vidalaşdı

Braziliyalı müdafiəçi Tiaqo Silva "Çelsi"ni tərk edir.

Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu İngiltərə klubu ilə vidalaşıb.

“Arzum övladlarımın “Çelsi”də oynamasını görməkdir. Klub və azarkeşlərə təşəkkür edirəm. Mən hamınızı sevirəm”, - deyə o bildirib.

Bundan əvvəl Silvanın karyerasını Braziliyanın "Fluminense" klubunda davam etdirəcəyi məlum olub. 2023/2024 mövsümündə müdafiəçi “təqaüdçülər”in heyətində 38 matçda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 2 milyon avro olaraq qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0