Vitselə “Atletiko”dan təklif
17.06.2022 - 13:10
Vitselə “Atletiko”dan təklif

Dortmund “Borussiya”sının futbolçusu Aksel Vitsel daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Atletiko” maraqlıdır.

Madrid təmsilçisi Vitseli yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Aksel “Marsel”in də hədəfindədir.

Qeyd edək ki, belçikalı 2018-ci ildən Dortmund klubunun formasını geyinir. O, 144 matçda 13 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0