Jiru Fransa millisindən ayrıldı
16.07.2024 - 00:22
Jiru Fransa millisindən ayrıldı

“Los Anceles Qalaksi”nin futbolçusu Olivye Jiru Fransa millisindəki karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Jiru Fransa millisində 2011-ci ilin noyabrında ABŞ-la oyunda (1:1) debüt edib. Milli komandada 13 il ərzində forvard 137 oyuna çıxıb, 57 qol vurub və 15 qolun ötürməsini verib. Onun millidə son matçı İspaniya ilə Avro-2024-ün yarımfinal oyunu olub (1:2).

writer photo
Əlirza Əlirzalı
0