Youssef En-Nesri "Fənərbaxça"da - Rəsmi
24.07.2024 - 12:46
Youssef En-Nesri "Fənərbaxça"da - Rəsmi

İstanbul nəhənglərindən "Fənərbaxça" Youssef En-Nesrinin transferi üçün "Sevilya" ilə rəsmi danışıqlara başlayıb. 

Apasport.az xəbər verir ki, klub bu barədə KAP-a (İctimai Məlumat Platforması) məlumat verib. 

Futbolçu tibbi müayinədən keçmək üçün bu gün İstanbula gələcək.

Tibbi müayinədən keçdikdən sonra 27 yaşlı mərakeşlinin transfer detallarının açıqlanacağı gözlənilir. 

writer photo
Əlirza Əlirzalı
0