“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos bir çox klubun maraq dairəsinə düşüb.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçunun “Aris” (Saloniki) və “Omoniya”ya qarşı oyunlardakı çıxışı Yunanıstan və Kipr klublarının diqqətini cəlb edib.
Belə ki, “Aris” (Limassol) Santosun transferində maraqlıdır. Kipr çempionatının iddialı klublarından biri olan Limassol təmsilçisi braziliyalını ya qış fasiləsində, ya da ən gec mövsümün sonunda heyətinə qatmaq istəyir.
28 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. O, 2024-cü ilin iyul ayından Naxçıvan klubunun formasını geyinir.
Qeyd edək ki, Santos karyerası ərzində Braziliyanın “Palmeyras”, Sloveniyanın “Ankaran” və “Maribor”, Azərbaycanın “Şamaxı” və “Qəbələ”, eləcə də İsrailin “Hapoel” (Hayfa) komandalarında çıxış edib.
- KL: “Beşiktaş” və “Başakşəhər” avrokuboklarla vidalaşdı - YENİLƏNİB
- Abdullah Zubir: “6 ay əvvəl kimsə bizə desəydi ki...”
- Soyunub-geyinmə otağında insident: “SƏN MƏŞQÇİ DEYİLSƏN”
- Taekvondoçularımızdan möhtəşəm uğur: ÜMUMİLİKDƏ 22 medal - FOTO
- Osimhen addım-addım "Qalatasaray"a - illik 16 milyon avro qazanacaq