"Avropa Liqasında asan rəqib olmur".
Bu sözləri apasport.az saytına açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov deyib.
O, Avropa Liqasının püşkatmasını dəyərləndirib:
"Əlbəttə, istər I təsnifat mərhələsində qarşılaşacağımız "Selye", istərsə də bu cütün qalibi ilə oynayacaq "Partizan" və AEK kifayət qədər güclü, ciddi rəqiblərdir. "Partizan" bizə tanış rəqibdir. Bu komanda ilə 2 il öncə qarşılaşmışdıq və ancaq penaltilər seriyasında uduzmuşduq. Hazırda isə yalnız "Selye" ilə oyunlar barədə düşünürük".
Qeyd edək ki, "Sabah" - "Selye" qarşılaşması iyulun 10-da Bakıda keçiriləcək.
- Rahid Əmirquliyev: “Qarabağ” Avropada səs-küy yaradıb”
- Premyer Liqa: “Yunayted” “Çelsi”ni məğlub etdi
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
- PSJ Çempionlar Liqası tarixinə düşdü - Turnirdə ilk dəfə
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"