“Leyriya”nın hücumçusu Xuan Munyoz böyük ehtimalla “Qarabağ”a transfer olunmayacaq.
Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı forvard Ağdam klubunun transfer siyahısında yer alsa da, digər hücumçularla aparılan danışıqlar müsbət irəliləyir.
Bundan əlavə, həmin oyunçular Qurban Qurbanovun daha çox istədiyi futbolçular olduğundan, Munyozla razılıq əldə etmək artıq prioritet məsələ deyil.
Beləliklə, Munyoz məsələsi ehtiyat variant kimi kənara qoyulub. Həmin forvardlardan birinin transferinin reallaşacağı nəzərə alınarsa, “Qarabağ” Munyozun keçidinə ciddi üstünlük verməyəcək.
Qeyd edək ki, 2024-cü ildən Portuqaliya klubunda çıxış edən ispaniyalı mərkəz hücumçusu “Sevilya”nın yetirməsidir. O, karyerası ərzində “Zaraqoza”, “Sevilya”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqanes” və “Zaqlembe” klublarında da oynayıb.
- “Fənər” - “Beşiktaş” matçında qalmaqal: Prezident oyunu tərk etdi - VİDEO
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub - VİDEO
- “Barselona”nın sabiq prezidenti təzminat alacaq – 232 min avro
- UEFA-dan tarixi qərar: SLOVAKİYA DA ÇEMPİON ELAN EDİLDİ
- "Liverpul"dan Jotanın ailəsinə dəstək - MAAŞI ÖDƏNDİ