“Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
27.10.2025 - 23:36
Daha əvvəl xəbər verdiyimiz kimi, "Kəpəz" daha bir legioneri ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, komanda Otar Aptsiauri ilə yollarını ayırıb.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Kəpəz" Otar Aptsiaurini bu yay heyətinə qatmışdı.
- Ərəblər millimizin üzvü ilə maraqlanır - 1+1 illik müqavilə təklif edəcəklər
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Millimiz Şimali Makedoniyaya yola düşüb
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- “Yuventus”dan “Portu”ya - RƏSMİ
0
0