"Qalatasaray"da Avropa matçı öncəsi 6 İTKİ
12.02.2025 - 16:45
“Qalatasaray” UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə “Alkmaar”la görüşə ciddi itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, komandanın 6 futbolçusu bu matçda iştirak edə bilməyəcək.
Mauro İkardi, Yunus Akgün və İsmail Yakobs zədə səbəbindən sabahkı görüşdə meydana çıxa bilməyəcəklər.
Davinson Sançez, Viktor Osimhen və Lukas Toreyra isə sarı vərəqə limitini doldurduqları üçün ilk matçı buraxmaq məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, “Alkmaar” – “Qalatasaray” matçı fevralın 13-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- Morata: “Qalatasaray" verdiyi sözləri yerinə yetirmədi”
- Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- "Real"ın 3 futbolçusu zədəsini sağaldıb - "Bavariya"ya qarşı oynayacaqlar
- Cengiz Ünder yenidən A Seriyasına qayıdır?
0
0