Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
05.05.2025 - 11:34
AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bu raundun birinci matçında "Şirvan" evdə "Marafon"u (5:2), "Göyəzən" "Record Club"u (4:2), "Xankəndi" səfərdə "Çinar Zəngilan"ı (2:0), "Ağstafa Gəncləri" evdə "Naftalan"ı (1:0) məğlub edib.
Qeyd edək ki, "Şirvan"dan Cavid Nəcizadə və yarışda mübarizəni dayandıran Nurlan Dadaşov 19 qolla turnirin bombardiridirlər.
- La Liqa: “Real” evdə, “Sevilya” səfərdə 3 xal qazanıb
- ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
- Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça”nı qəbul edib - FOTO
- Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı - VİDEO
0
0