“İnter” Lukman transferindən imtina etdi
11.08.2025 - 12:28
“İnter” bir müddətdir transfer etmək istədiyi Ademola Lukmanın keçidindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı vingerin müqavilə ilə məxsus olduğu “Atalanta”, Milan təmsilçisinin futbolçu üçün etdiyi 40 milyon avro + bonus təklifini rədd edib. Bu cavabdan sonra “İnter” Nigeriya millisinin üzvünə alternativ axtarışına başlayıb.
Xatırladaq ki, Lukman “İnter”ə transfer olmaq üçün “Arsenal”ın təklifini qəbul etməmişdi.
- Azər Məmmədov: "Sabah"ın mərhələ keçmək ehtimalı çoxdur" - MÜSAHİBƏ
- “Siti” ingiltərəli qolkiperi transfer edib - RƏSMİ
- Fransa millisinin üzvü daha 2 il “Atletiko”da - RƏSMİ
- İbrahim Hacıosmanoğlu: "Hakimlərin üzərinə yaxa kamerası taxılacaq"
- Mahir Şükürov: "Hazırkı yığma Azərbaycan tarixinin ən zəif millisidir"
0
0