Son dəqiqə: Bu komanda oyuna getməkdən imtina etdi
28.02.2025 - 15:16
II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar və stadion qarşılaşma üçün tam hazır vəziyyətə gətirilib. Görüş saat 14:00-da start götürməli idi.
- “Fənər” 3 xalı 5 qolla qazandı
- Ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirilib - FOTO
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şahin Diniyev: “Klublar qazanır, amma milli itirə bilər”
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
0
0