“Strasburq”un sabiq üzvü “Sabah”da - RƏSMİ
27.06.2025 - 14:32
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.
- Qurban Qurbanov: “Məni ən çox narahat edən şey…”
- Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər - FOTO
- "Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə
- "Samsunspor"un Konfrans Liqasındakı rəqibləri müəyyənləşib - YENİLƏNİB
- Türkiyə millisinin üzvü Bundesliqada - RƏSMİ
0
0