Tacikistan millisinin üzvü “Turan Tovuz”da
26.07.2025 - 15:03
Tacikistan millisinin üzvü  “Turan Tovuz”da

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq “UFA” klubunda çıxış etmiş, 201 sm boya malik qapıçı Oleq Baklovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tacikistan millisinin şərəfini qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Oleq Baklov bundan əvvəl Rusiyanın “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.