“Fənər” fürsəti qaçırtmadı - 3 xalı 4 qolla qazandı
09.11.2025 - 22:58
Türkiyə Super Liqasında XII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, “Samsunspor” öz meydanında “Eyüpspor”la 0:0 hesablı heç-heçə edib.
Turun son oyununda isə “Fənərbaxça” azarkeşlərinin önündə “Kayserispor”u qəbul edib.
6 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Oyun İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qalatasaray” “Kocaelispor” səfərindən xalsız ayrılıb.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- “Beşiktaş”da ayrılıq - RƏSMİ
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
- Santuş AFFA-nın başına bəla oldu - yüklü təzminat ödəniləcək
- "Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb
0
0