"Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, almaniyalı vinger "Qalatasaray"a transfer olmağa çox yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçu "sarı-qırmızılılar"ın illik 15 milyon avroluq maaş təklifini qəbul edib.
29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib.
Almaniya millisinin üzvü ötən mövsüm "Bavyera" təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ”ın futbolçusu Haalandı üstələdi - ƏN YAXŞISI SEÇİLDİ
- İstanbul derbisində sevinən tərəf “Fənər” oldu - TARİXDƏ İLK DƏFƏ
- “Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ
- Aktürkoğlu dubl etdi, “Fənər” AL-də ilk qələbəsini qazandı - YENİLƏNİB
- İslam Oyunları: Aytac Qardaşxanlı bürünc medal qazandı - YENİLƏNİB