Argentina millisinin üzvü "Marsel"də
03.07.2025 - 10:54
Argentina millisinin üzvü "Marsel"də

Qarşıdakı mövsüm iddialı heyət yaratmağa çalışan "Marsel" növbəti transferini ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Lans"ın müdafiəçisi Fakundo Medinanı komandaya cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu 1 illik icarə əsasında "Marsel"də çıxış edəcək.

Qeyd edək ki, Medina 2020-ci ildən Argentina millisində oynayır. O, ötən mövsüm "Lans"ın heyətində 31 rəsmi matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.