“Fənər” PSJ-nin ulduzlarını İstanbula gətirir
19.07.2025 - 13:23
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbaxça” PSJ-dən Marko Asensio və Milan Şkriniarla razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, “sarı-lacivərdlilər” həm Fransa klubuyla, həm də futbolçularla anlaşma əldə edib.
Türkiyə təmsilçisi hər iki oyunçunu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu həftə ərzində İstanbula gətirməyi planlaşdırır.
Qeyd edək ki, “Fənərbaxça” daha əvvəl “Gent”dən Arçi Braun və “Əl-Nəsr”dən Con Duranı heyətinə qatıb.
- Beyl futbola geri qayıdır – bu dəfə klub sahibi kimi!
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- Dünya çempionu Meksika klubunda - RƏSMİ
- Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər - FOTO
- Arif Əsədov: "Erkən final izləyəcəyik"
0
0