İngiltərə millisinin heyətində iki futbolçu zədə səbəbindən düşərgədən uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, “Nyukasl”ın qapıçısı Nik Pop və yarımmüdafiəçisi Entoni Qordon zədələndikləri üçün yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcəklər.
Bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Onların yerinə “Mançester Siti”nin qapıçısı Ceyms Trafford və “Çelsi”nin müdafiəçisi Trevo Çaloba milliyə çağırılıb.
Xatırladaq ki, İngiltərə millisi noyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki görüş keçirəcək. Tomas Tuxelin rəhbərlik etdiyi komanda 13 noyabrda Serbiya ilə evdə, 16 noyabrda isə Albaniya ilə səfərdə qarşılaşacaq.
- Rauf Əliyev: “İngilis klubları ilə oynamaq çox çətindir”
- “Fənər” fürsəti qaçırtmadı - 3 xalı 4 qolla qazandı
- “Arsenal”ın sabiq futbolçusu vəfat edib
- Qurban Qurbanov: “Oyunun gedişatından razı qaldım”
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"