İngiltərəli forvard “Çelsi”də - RƏSMİ
05.06.2025 - 00:27
"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "zadəganlar" "İpsviç" forması geyinən Liam Delapı heyətinə qatıb.
bu barədə London klubunun rəsmi saytı açıqlama yayıb.
22 yaşlı forvardla 6 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Çelsi" futbolçu üçün 35,5 milyon avro ödəniş edib.
Qeyd edək ki, ingiltərəli hücumçu bu mövsüm komandasının heyətində iştirak etdiyi 40 rəsmi oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.
- FİFA Ermənistanı cərimələyib - 16 MİN DOLLAR ÖDƏYƏCƏK
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- “Qalatasaray”ın istədiyi oyunçu İSTANBULA GƏLİR
- “Fənər” sponsoru ilə müqaviləni ləğv etdi - ADI MƏRC OYUNLARI İLƏ HALLANMIŞDI
- Azərbaycan millisi İslamiadanın qalibi oldu - ardıcıl üçüncü dəfə
0
0