İngiltərəli müdafiəçi “Marsel”də - RƏSMİ
14.06.2025 - 21:22
İngiltərəli müdafiəçi “Marsel”də - RƏSMİ

Fransa Liqa 1 təmsilçilərindən "Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq "Börnli"yə məxsus olan və hazırda azad agent statusunda olan müdafiəçi Konrad Ceydon İqan-Rileyi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ingiltərəli futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, futbolçu "Mançester Siti"nin yetirməsidir.