
“Qarabağ” ötən mövsüm olduğu kimi bu il də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlaya bilər.
Apasport.az xəbər verir ki, bu, "Arsenal"ın məğlub olacağı təqdirdə, reallaşacaq.
Belə ki, ÇL-nı qazanmış komanda vəsiqəni öz çempionatından əldə etmiş olsa, sıralamada ən yüksək reytinqi olan ölkənin çempionu pley-offdan qrupa düşür. Bu komanda "Olimpiakos"dur.
Digər finalçı “İnter”in İtaliya çempionatından ÇL-i təmin etdiyini nəzərə alsaq, mümkün PSJ - “İnter” dueli “Qarabağ” üçün ən yaxşı variantdır.
Belədə I təsnifatda olan iki ən yüksək reytinqli klub II mərhələyə yüksələcək. Həmin komandalar Bratislava "Slovan"ı və "Qarabağ"dır.
Həmçinin "Topçular" növbəti mövsüm ÇL-də oynamaq hüququnu Premyer Liqadan əldə edərsə, yenə də ağdamlıların yolu açılacaq.
Qeyd edək ki, "Arsenal" bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə PSJ ilə üz-üzə gələcək.