İngiltərəli müdafiəçi “Siti”də - RƏSMİ
19.01.2026 - 20:20
"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "Kristal Pelas"ın kapitanı Mark Qehini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "Siti" ingiltərəli futbolçu üçün qarşı tərəfə 23 milyon avro ödəyib. 25 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən transfer etmişdi.
0
0