Portuqaliya millisinin üzvü addım-addım “Beşiktaş”a
12.09.2025 - 09:22
"Nottingem Forest"in futbolçusu Jota Silva karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı vingerin keçidini yekunlaşdırmaq üzrədir.
İstanbul klubu Premyer Liqa təmsilçisi ilə razılıq əldə edib. 26 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.
Qeyd edək ki, “Nottingem Forest” Jota Silvanı ötən ilin yayında “Vitoriya”dan transfer edib. Portuqaliya millisinin üzvü ingilislərin heyətində 38 rəsmi oyunda meydana çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ” üçün şans: PSJ FİNALA ÇIXMALIDIR!
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şengün 39 xalla rekord qırdı, komandası uduzdu
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
0
0