Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
Apasport.az xəbər verir ki, lider “Qalatasaray” XIV turda səfərdə “Fənərbaxça” ilə üz-üzə gəlib.
Matça saat 21:00-da start verilib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Türkiyə Super Liqası
XIV tur
21:00. “Fənərbaxça” - “Qalatasaray” 1:1
Qol: Leroy Sane, 28, Con Duran, 90+5
"Fənərbaxça": Ederson, Nelson Semedo, Milan Şkrinyar, Ceyden Ostervolde, Arçi Braun, Edson Alvares, İsmail Yüksek, Kerem Aktürkoğlu, Marko Asensio, Nene Dorqeles, Yusif En-Nesri
"Qalatasaray": Uğurcan Çakır, Davinson Sançes, Mario Lemina, Abdülkerim Bardakçı, Kazımcan Karataş, Lukas Torreyra, Qabriel Sara, İlkay Gündoğan, Leroy Sane, Barış Alper Yılmaz, Viktor Osimhen.
- Millimiz Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Rauf Əliyev: “ÇL-də iştirak edə biləcək yeganə komanda "Qarabağ"dır”
- Qəzənfər Abbasov: "Çempionluq şansımız az görünür"
- “Qızıl top”un favoriti müəyyənləşdi - Mbappe və Haaland geridə qaldı