İtaliyalı forvard ərəblərin radarında - 67 milyon avro ödəyəcək
10.07.2025 - 13:38
“Atalanta”nın və İtaliya millisinin hücumçusu Mateo Reteqi karyerasını Səudiyyə Ərəbistanınında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, forvard “Əl-Qadsiya” klubu ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transfer üçün “Atalanta”ya 67 milyon avro ödəyəcək.
Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Reteqi ötən mövsümdə A Seriyasında 36 oyunda 25 qol vurub.
- “Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Avropa Liqası: "Aston Villa" və "Selta" növbəti mərhələdə - YENİLƏNİB
- De Rossinin yenidən A Seriyasında - RƏSMİ
- Polşa millisinin üzvü “Atalanta”da - RƏSMİ
0
0