
Karlo Ançelottidən yeni rekord
"Real"ın baş məşqçisi Karlo Ançelotti yeni rekordlara imza atıb.
Apasport.az xəbər verir ki, onun komandası ötən gecə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Siti"yə qalib gəlib - 3:1. İlk görüşdə də rəqibini məğlub edən (3:2) Madrid təmsilçisi 1/8 finala adlayıb.
"Mançester Siti" ilə cavab matçı Ançelottinin "Real"la çıxdığı 73-cü ÇL oyunu olub. Bu isə "kral klubu"nun tarixinin rekordudur.
Həmçinin sözügedən cavab oyunu Ançelottinin baş məşqçi kimi ÇL-də ümumilikdə 214-cü matçıdır. Mütəxəssis bu oyunlardan 123-də qalib gəlib, 47 dəfə heç-heçə edib və 44 dəfə uduzub.
Ançelottinin ÇL-də uğur qazandığı komandalar
65 yaşlı çalışdırıcı Avropanın əsas klub turnirində "Real"dan başqa, "Napoli", "Bavariya", PSJ, "Çelsi", "Milan", "Parma" və "Yuventus"la da qələbələr qazanıb.
214 oyunda 123 qələbə nəticəsi ÇL tarixinin ən yaxşı göstəricisidir.
- "Everton"dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda
- Braziliya millisində bir ilk – əcnəbi baş məşqçi rəhbərlik edə bilər
- Dünya çempionu Meksika klubunda - RƏSMİ
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”