Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.
Apasport.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub.
Masazırda baş tutan görüşə saat 19:30-da start verilib.
İlk hissə qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşsa da, ev sahibləri ardıcıl iki qol vuraraq oyunda geridönüş edib və 2:1 hesablı qələbə qazanıblar.
Bu nəticə ilə “Sabah” xallarının sayını 34-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I turdan təxirə salınmış oyun
18 dekabr
19:30 Sabah – Qarabağ 2:1
Qol: Leandro Andrade, 10, Coy Lens Mikels, 53, Aron Maluda, 88
Baş hakim: Elçin Məsiyev
- Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın
- “Olimpiakos”un forvardı Premyer Liqada - RƏSMİ
- Taekvondoçumuz Avropa çempionu olub - FOTO
- Avropa Liqası: “Portu” evdə, “Aston Villa” səfərdə qalib gəldi - YENİLƏNİB
- DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB