Marko Asensio "Fənərbaxça" üçün İSTANBULDA
01.09.2025 - 10:43
"Fənərbaxça"nın razılıq əldə etdiyi PSJ-nin futbolçusu Marko Asensio İstanbula yollanıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Sarı-lacivərdlilər"in 29 yaşlı vingerlə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Asensio ötən mövsümün ikinci yarısını İngiltərənin "Aston Villa" klubunda keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 1 assistlə yadda qalıb.
- Saşa Yunisoğlu: “Qarabağ” “Şkendiya”ya qarşı çox əziyyət çəkməyəcək"
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
- "Neftçi"dən ayrıldı - ÖLKƏSİNDƏ ÇIXIŞ EDƏCƏK
- KL: “Zirə” “Hayduk”la bacarmadı - YENİLƏNİB
0
0