Məşhur futbolçunun oğlu “Lion”da - RƏSMİ
26.07.2025 - 16:05

"Barselona" və Niderland millisinin sabiq üzvü Patrik Kluyvertin oğlu Ruben Kluyvert karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu "Lion"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi bu transfer üçün müdafiəçinin çıxış etdiyi Portuqaliya klubu “Kasa Pia”ya 4 milyon avro ödəyib.
Qeyd edək ki, Ruben Kluyvert ötən mövsüm komandasının heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.
0
0