"Qalatasaray" Osimhen transferində sona yaxınlaşır
11.07.2025 - 17:46
“Qalatasaray” Viktor Osimhenin transferini yekunlaşdırmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" 26 yaşlı nigeriyalı forvardın transferi üçün "Napoli" ilə razılaşmanı bank qarantiya məktubu ilə təmin edib.
bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Super Liqa çempionu hazırda A Seriyası təmsilçisinin prezidenti Aurelio De Laurentisin cavabını gözləyir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Osimhen İstanbul klubunun heyətində 41 rəsmi oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənər” mövsümü əzmkar qələbə ilə başa vurdu
- Rəşad Sadıqov: “Cavab oyununa üstün yollanmaq istəyirik”
- Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR
- "Fənərbaxça", "Beşiktaş və "Qalatasaray"ın Avropadan qazandığı gəlir açıqlandı
- İngiltərəli müdafiəçi “Liverpul”u tərk etdi - RƏSMİ
0
0