
“Qalatasaray”ın futbolçusu Karlos Kuesta karyerasını Braziliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, kolumbiyalı müdafiəçi “Vasko da Qama”ya icarəyə verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 26 yaşlı oyunçu üçün “Vasko da Qama” ilin sonuna qədər “cimbom”a 750 min avro ödəyəcək. Əgər icarə müddəti uzadılsa, əlavə olaraq 2,2 milyon avro ödəniləcək.
Kuestanının müqaviləsində həmçinin 5,7 milyon avro məbləğində satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Kuesta 2025-ci ilin fevralından “Qalatasaray”da çıxış edir və bu müddətdə 9 oyunda meydana çıxıb.