Qarnaço “Çelsi”də - RƏSMİ
30.08.2025 - 22:56
"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "zadəganlar" "Mançester Yunayted"də çıxış edən Alexandro Qarnaçonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 21 yaşlı forvardla 7 illik müqavilə imzalanıb. "Çelsi" bu keçid üçün qarşı tərəfə 46,2 milyon avro ödəyib.
Qeyd edək ki, Argentina millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxış etdiyi 58 rəsmi matçda 11 qol və 10 assistlə yadda qalıb.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- "Sumqayıt"ın rəqibləri bəlli olub
- Prezident “Qarabağ”ı "Ayntraxt" üzərində qələbə münasibətilə təbrik edib
- Mourinyo Okan Buruku yerə yıxdı - Derbidə skandal - VİDEO
- “Çelsi”nin baş məşqçisi: "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı”
0
0