Sabiq "Neftçi"linin yeni klubu bəlli olub
08.07.2025 - 13:38
"Neftçi"dən ayrılan Robert Bauerin yeni komandası müəyyənləşib.
Apasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Taylandın "Buriram Yunayted" komandasına transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Bauer "Neftçi"yə ötən ilin yayında transfer olunmuşdu. O, Bakı təmsilçisi ilə 15 rəsmi matçda iştirak edib.
- Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”
- Şahruddin: “Millinin heyətində 3-4 nəfər öz komandasında daimi oynayır”
- “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb
- Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
- Falkaonun qol vurduğu toplar satışa çıxarılıb
0
0