Seneqallı futbolçu "Fənər"də
11.07.2025 - 15:13

Türkiyə Super Liqası təmsilçisi “Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” Seneqalın “Essamey” klubunda çıxış edən 18 yaşlı Abdu Əziz Falı heyətinə qatıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, gənc yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
0
0