Terimin əvəzinə ispaniyalı məşqçi
04.07.2025 - 11:37
Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, komandaya İmanol Alquasil rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssis bu vəzifədə "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimi əvəz edib. "Əl-Şabab" ispaniyalı məşqçi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Alquasil son olaraq La Liqa təmsilçilərindən "Real Sosyedad"a rəhbərlik edib.
- “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib - FOTO
- Türkiyəli futbolçu İtaliya yolunda - "ROMA" ONU İSTƏYİR
- "Yunayted" fransalı forvardı heyətinə qatıb
- Vernidub istədi, "Neftçi" bu mövqe üçün hərəkətə keçdi - ÖZƏL
0
0