Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Bavariya" "Dartmştadt"la qarşılaşıb.
Görüş münhenlilərin 5:2 hesablı qələbəsi ilə nəticələnib. Matç komandanın forvardı Harri Keyn üçün əlamətdar olub. O, bu mövsüm vurduğu qolların sayını 31-ə çatdırıb. Hücumçu fərqlənərək, yeni uğura imza atıb. Keyn əvvəllər 2 dəfə bir mövsümdə 30 qol vurub. Harri buna İngiltərə Premyer Liqasında nail olub. Yayda 105 milyon qarşılığında “Bavariya”ya keçən hücumçu Almaniya çempionatında 31 qol, 12 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Keynin Münhen klubu ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var.