Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"
25.06.2025 - 12:38
Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"

“Bu regiona gəlmək hər zaman xoş təəssürat yaradır”. 

Bu sözləri apasport.az saytına açıqlamasında Kevin Medina deyib.

Kolumbiyalı futbolçu Qarabağ səfərini dəyərləndirib: “Daha əvvəl də bu yerlərdə olmuşduq. Lakin onda buranı ətraflı şəkildə gəzmək imkanımız olmamışdı. Bu dəfə gələndə yollara da diqqət yetirdim, aparılan tikinti işlərini müşahidə etdim. Aydın görünür ki, burada çox böyük və yüksək səviyyəli işlər görülüb. Ümumiyyətlə, mən təbiəti çox sevən bir insanam. Buranın özünəməxsus təbiəti var. Dağlıq əraziləri və meşələri insanı valeh edir. İnsanların sevgisini isə onların baxışlarından hiss etmək mümkündür. “Qarabağ” Futbol Klubu olaraq bu gözəl bölgəyə gəlmək və yerli sakinlərlə görüşmək bizim üçün də xoş və dəyərli bir təcrübədir”.