
“Neftçi”nin 2024/25 mövsümü üçün son transferi Dembo Darbo olmayacaq.
Hazırda “ağ-qaralar” növbəti transferlərini həyata keçirmək niyyətindədir. “Ağ-qaralar” bununla yanaşı, qışda bir neçə oyunçunu da göndərməyi planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, “Neftçi”nin qış “transfer pəncərəsi” zamanı yollarını ayıracağı oyunçulardan biri Yeqor Boqomolskidir. Roman Qriqorçukun da belaruslu oyunçu haqda artıq müəyyən fikirlərinin yarandığı və qışda onun başqa kluba icarəyə göndəriləcəyi, əvəzinə başqa futbolçunun transfer ediləcəyi gözlənilir.
24 yaşlı yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, Bakı klubuna 2022-ci il iyulun 20-də keçib. Boqomolski bunadək “Dinamo”(Minsk), “Rux”, “Minsk” komandalarında oynayıb.
- Andrey Lunyov: "Hər oyuna xüsusi motivasiya ilə çıxıram"
- Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək
- Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”
- Ayxan Abbasov: “Futbolçularımın çıxışı məni sevindirdi”
- "Barselona"nın futbolçusu Premyer Liqa yolunda