Miodraq Bojoviç: “Bu qələbə bizə əlavə güvən verəcək”
15.03.2024 - 21:55
Miodraq Bojoviç: “Bu qələbə bizə əlavə güvən verəcək”

"Bizim üçün çox vacib qələbə idi. Bu gün üç xal çox dəyərli idi. Yaxşı başladıq. İlk qolu zamanında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Biz və "Səbail" açıq futbol oynadıq. Hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bu güvən çatışmır".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun "Səbail"lə matçından (3:0) sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavanlandırıb:

- Hücum və müdafiədə problemləriniz görünür. Nə qədər zaman lazımdır ki, öz oyununuzu qurasınız?
- Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu orada oynayan oyunçularla bağlı deyil. KOmanda şəklində bunu etməliyik. Ümid edirik ki, fasilə bizə fayda verəcək.

- "Forza Neftçi" oyunlarınızı boykot edib. Onların oyunlara qayıtması üçün nə etməyi düşünürsüz?
- Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın.

- Azərbaycan futbolu haqqında təəssüratınız dəyişib?
- Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər.

- İlk dövrədə "Səbail" 4:2 hesabı ilə qalib gəlmişdiniz və Emin Mahmudov meydanda yox idi. Azarkeşlər arasında da söhbət yaranmışdı ki, Eminsiz "Neftçi" daha yaxşı görünür. Bu gün də, Emin yox idi və 3:0 qalib gəldiz. Eminsiz "Neftçi"nin daha yaxşı göründüyü fikri ilə razısız?
- Məncə, bu sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq məsələsi haqda soruşurdu. Amma biz risk etmək istəmədik. Emin bizim kapitanımızdır. Onun oynaması bizim üçün xoşdur.

- "Spartak"la oyun sizin üçün nə dərəcədə önəmlidir və matçdan gözləntiniz nədir?
- "Spartak" yaxşı rəqibdir. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq.

- Lider komandadan 23 xal geridəsiz. Amma ikinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək?
- Premyer Liqada çox komandalar hansısa yer uğrunda mübarizə aparırsa, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır.

- "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski "Səbail"ə qarşı oynadı. Onun performansı haqda nə düşünürsüz?
- Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq.

writer photo
İsmayıl Xeyrullayev
0