Miodraq Bojoviç: "Pis oynayaraq uduzduq"
13.01.2024 - 21:58
"Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirdilər".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”a 0:3 hesabı ilə uduzduqları oyun barədə söyləyib.
Mütəxəssis Antalya toplanışı haqda düşüncələrini klubun televiziyasına bölüşüb:
"Çoxlu fiziki yüklənmə var idi. Hazırlıq baxımında ümumi danışsaq, düşünürəm ki, yaxşı hazırlıq oldu. Amma yoldaşlıq oyununda pis oynayaraq uduzduq. Ancaq yorğunluq var. Bu da oyunda özünü əks etdirir və futbolçular fərdi səhvlər, top itkiləri edirlər".
- "Neftçi"nin zədəli futbolçularının durumu bəlli oldu
- Qurban Qurbanov: "Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq"
- Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"
- “Qarabağ”ın monteneqrolusunun durumuna aydınlıq gəldi: KOMANDADA QALACAQ?
- "Birbaşa Bakı" yarımfinal matçına çıxır
0
0