"Qarabağ"da yeni müqavilə imzalanmağa çox yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Mateuş Silva ilə sözləşmənin müddətini uzadacaq.
Klub rəhbərliyi futbolçunun çıxışından razıdır.
Braziliyalının özü də komandada qalmaq niyyətindədir. Tərəflər arasında danışıqlar prosesi son mərhələdədir.
Cinah müdafiəçisi ilə yeni müqavilənin 3 il müddətinə nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Silva 2023-cü ilin yayından "Qarabağ"da çıxış edir. O, daha öncə ölkəsinin "San Fransisko", "Peysandu", "Bahiya" klublarının şərəfini qoruyub. Mateuş həmçinin "Farense", "Moreyrense" (hər ikisi Portuqaliya) və "Loko Plovdiv" (Bolqarıstan) komandalarında legioner həyatı yaşayıb.
- Kaxaber Sxadadze: "5 metr məsafədən qol vura bilmirik"
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
- "Qarabağ" Fransa millisinin sabiq futbolçusunu transfer etməyəcək - SON DƏQİQƏ
- Vaqif Cavadov: “Bəlkə də kimlərsə cəzasını alacaq”
- "Milan" "Verona" ilə razılığa gəldi