"Qarabağ"da növbəti ayrılıq: LEGİONER KOMANDANI TƏRK EDİR
13.08.2025 - 15:39
"Qarabağ"da ayrılıq yaşana bilər.
Apasport.az saytına verilən məlumata görə, APOEL ağdamlıların futbolçusu Emmanuel Addai üçün danışıqları intensivləşdirib.
Nikosiya təmsilçisi artıq bu ay qanalının keçidini rəsmiləşdirmək niyyətindədir.
Buna görə görə, APOEL “Qarabağ”a 600 min avro təklif edəcək. Lakin bununla yanaşı, Kipr klubu "köhlən atlar"a legionerlərindən birini təklif edəcək.
APOEL-in baş məşqçisi Pablo Qarsiya Addainin transferinin tez bir zamanda həll edilməsini rəhbərlikdən istəyib.
Qeyd edək ki, Addainin "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Ervin Koffi: "Samir Abasovu yanımızda hiss edirdik"
- Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"
- "Qarabağ" Leandro Andrade ilə müqaviləni yenilədi
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- "Araz-Naxçıvan"ın futbolçularından xüsusi uğur
0
0