Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI
18.03.2025 - 22:21
Futbol üzrə Azərbaycan I Liqasında ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Qəzənfər Abbasov MOİK-i tərk edib.
Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib. O, seçimi özünün etdiyini bildirib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- “Araz-Naxçıvan”ın məşqçisi: “Bu, komandanın piki deyil“
- “Qarabağ” axtardığı hücumçunu tapdı: RƏSMİ TƏKLİF DƏ EDİLDİ
- Şenol Günəş yenidən “Trabzonspor”da
- Azərbaycan idmançılarının sentyabr ayı üzrə REYTİNQ SİYAHISI
0
0