"Naxçıvan"dan növbəti transfer
23.09.2024 - 14:31
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Naxçıvan” heyətini Ahmet Karaçelik ilə gücləndirib.
Apasport.az xəbər verir ki, 188 sm boya malik türkiyəli son mövsümü Azərbaycan Tələbə Liqasında mübarizə aparan "Xəzər Universiteti"ndə keçirib.
19 yaşlı oyunçu daha öncə "Ormanspor" və "Türk Telekom" klublarının da şərəfini qoruyub.
Qeyd edək ki, “Naxçıvan” bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani və Devon Cenkinsi heyətinə qatıb.
- “Qalatasaray” Viktor Osimheni belə açıqladı - VİDEO
- “Baku Sporting”dən təqdirəlayiq addım - FOTO
- Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- Ervin Koffi: "Samir Abasovu yanımızda hiss edirdik"
0
0